Çempionlar Liqası, yarımfinal: Liverpul - Roma (YENİLƏNİR)

Çempionlar Liqası, yarımfinal: Liverpul - Roma (YENİLƏNİR)
08:58 24 Aprel 2018
75 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Çempionlar Liqasının yarımfinal mərhələsinə start veriləcək.

Publika.az xəbər verir ki, ilk oyun günündə "Liverpul" doğma azarkeşlər önündə "Roma" ilə üz-üzə gələcək. "Liverpul" 1/4 final mərhələsində İngiltərənin "Mançester Siti" klubunu çətinlik çəkmədən mübarizədən kənarlaşdırıb - 3:0, 2:1. "Roma" isə İspaniyada 1:4 hesabı ilə məğlub olduğu "Barselona"nı 3:0 hesablı ev qələbəsi və səfər qolu sayəsində üstələyib.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər qarşılaşması sabah keçiriləcək. Almaniyanın "Bavariya" klubu evdə İspaniyanın "Real Madrid" komandasını sınağa çəkəcək.

Çempionlar Liqası. 1/2 final, ilk oyun

24 aprel

22:45. "Liverpul” (İngiltərə) – "Roma” (İtaliya)

Baş hakim: Feliks Brıx (Almaniya)

Liverpul, "Enfild" stadionu


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/238615.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR