Metropoliten rəhbərliyi Lalə Bayramovanın təhqirinə münasibət bildirdi - RƏSMİ

Metropoliten rəhbərliyi Lalə Bayramovanın təhqirinə münasibət bildirdi - RƏSMİ
15:53 24 Aprel 2018
166 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün sosial şəbəkələrdə və bir sıra saytlarda "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Lalə Bayramovanın kəndlərdən şəhərə gələn vətəndaşlar üçün işlətdiyi sərt ifadələr müzakirə edilir.

Publika.az olaraq məsələyə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən (QSC) münasibət öyrəndik. Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirdi ki, Lalə Bayramovanın şəbəkələrdə müzakirə edilən fikirləri qurum adından yazılmadığı üçün buna görə metropoliten rəhbərliyi məsuliyyət daşımır:

"Məsələ ilə bağlı heç nə deyə bilmərəm. Xanım metropoliten əməkdaşı olsa da, yazdıqları onun şəxsi düşüncələridir. Özünün şəxsi hesabından yazıb. 4 ildir mətbuat xidmətinin rəhbəri mənəm və qurumun adından mən çıxış edirəm. Bütün qurumlarda olduğu kimi bizim də müxtəlif fikir və düşüncədə olan yüzlərlə əməkdaşımız var. Biz onların şəxsi fikirlərinə görə məsuliyyət daşıya bilmərik. Onun şəxsi fikirlərinə şəxsi münasibətimi soruşsaz, təbii ki, düzgün hesab eləmirəm. Emosialarına yenilərək kifayət qədər səhv fikirlər qeyd edib".

Xatırladaq ki, L.Babayevə sosial şəbəkənin aktiv istifadəçilərdəndir. Paylaşımlardan birində kəndlərdən gələn vətəndaşların metrodan istifadə zamanı qatarları zibillədiklərini irəli sürərək, kəndlərdən gələnləri təhqir edib.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/238683.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR