Bərdə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə "Yeni qəsəbə" adlanan ərazidə qeydə alınıb.

İsmayılov Şamo Yusif oğlu işlədiyi dönərxananın qarşısında dalaşan iki nəfəri ayırmaq istəyib. Bu zaman dalaşanlardan biri - Bərdə şəhəri Türkman kənd sakini, Zöhrab adlı şəxs ona ürək nahiyəsindən bıçaqla xəsarət yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Milli.Az