Formula-1 Azərbaycan Qran-Prisi çərçivəsində ölkəmizə xüsusilə Avropa ölkələrindən gələn turistlərin sayı əvəlki illərlə müqayisədə xeyli artıb. Milli.Az bildirir ki, bu tendensiya mehmanxanaların işini xeyli canlandırıb.

Xüsusilə yarış zolağı ətrafındakı otellərdə yerlərin çoxu əvvəldən tutulub.

Mərkəzdə yerləşən otellərə daha çox tələbat olub. Orada yerlərin 85-90 faizi əvvəcədən bron edilib.

Turizm mütəxəssisslərinin sözlərinə görə hətta bəzi turistlərdən günlük mənzil sifarişi də gəlib. Bundan əlavə müəyyən qrup turistlər hələ yarışlardan sonra bir neçə gün də ölkəmizdə qalmaq niyyətindədirlər

Yarışlara gələn turistlərin əhval ruhiyyəsindən də görünən odur ki, burada yaradılan şərait eləcə də yarışlar onların ürəyincə olub.

Bu cür yarışlar ölkəmizin beynəlxalq arenada tanıdılması üçün reallaşdırılan ən önəmli layihələrdən biridir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Avtoidman həvəskarları Bakıya axın etdi - Bütün otellər doldu - VİDEOAvtoidman həvəskarları Bakıya axın etdi - Bütün otellər doldu