Suriyanın Hamada şəhərində rejim və İran İnqilab Keşikçiləri ordusunun olduğu bölmədə partlayış baş verib.
Metbuat.az xəbər verir ki, hadisə nəticəsində 38 nəfər ölüb, 57 nəfər isə ağır yaralanıb.
İlkin məlumata görə, partlayış sursat anbarının vurulması nəticəsində baş verib.
Hücumu kimin təşkil etdiyi hələ bilinmir.
Aysel Yaqubqızı / Metbuat.az