Dünən “Formula 1” Azərbaycan Qran-Prisi başa çatdıqdan sonra məşhur müğənni Dua Lipa “Baku Crystal Hall”da konsert proqramı ilə çıxış edib.
Publika.az xəbər verir ki, avtomobil yarışında yüksək adrenalin yaşayan azarkeşlər idman mübarizəsindən sonra gözəl musiqilərin sədası altında əyləniblər. Dua Lipa məşhur musiqi proqramı ilə Azərbaycan Qran-Prisinə yekun vurub.
Dua Lipanın konsertindən sonra məşhur DJ Martin Solveig səhnəyə çıxaraq əyləncəsevərlərə maraqlı gecə təqdim edib.
Formula-1 Azərbaycan Qran-Prisinin əyləncə proqramı möhtəşəm şou ilə başa çatıb.
Müğənni Azərbaycandan xatirə kimi qara kürü və araqçın hədiyyə edilib. Dua Lipa hədiyyələrinin şəklini sosial şəbəkədə paylaşıb.