Quba rayonu II Nüqədi kəndində fəaliyyət göstərən yeşik sexində qanunsuz yolla əldə edilmiş 4.05 kub metr həcmində fısdıq cinsinə məxsus meşə materialı aşkar olunub.
Bu barədə Publika.az-a Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, fısdıq ağaclarının qanunsuz kəsilməsi
nəticəsində meşə fonduna 700 manat məbləğində ziyan dəydiyi müəyyən
edilib.
Qeyd edək ki, fakt Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması və satışı hallarının qarşısının alınması məqsədilə növbəti reyd zamanı aşkarlanıb.
Faktla bağlı sexin sahibi Ramil Kərimov barəsində akt tərtib olunub.