Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Daşkənddə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən rəsmi mərasimlə qarşılanıb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, prezidentlər ikili görüşmələrin ardından ortaq mətbuat konfransında iştirak edib. Ərdoğan çıxışında Özbəkistan parlamentinə xitab edərək "Özbəkistanda özümüzü evimizdəki kimi hiss edirik. Qəlbləri bir olanlar üçün məsafələrin mənası yoxdur"-ifadələrini işlədib.

Ayaqda alqışlanan Ərdoğan çıxışına "Bu torpaq Biruni, İbn Sina, Xarəzmi, Əli Quşçu kimi elm adamları yetişdirib. Bizim inancımızda qardaşlıq ən qiymətli xəzinədir. Özbəkistanın müstəqilliyini yenidən qazanması Özbək qardaşlarımız qədər Türk milləti üçün də qürur qanyağı olmuşdur"-sözləri ilə davam edib.

Prezident Ərdoğanı "Dünyanın qəbul etdiyi dövlət adamı" adlandıran və 24 iyunda keçiriləcək seçkilərdə uğurlar arzulayan Mirziyoyev "Türk xalqı seçkilərdə özünə yaraşan layiqli liderini seçəcəkdir, buna heç şübhə yoxdur"-deyib.

Prezident Ərdoğan Özbəkistanda ayaqda alqışlanıb

Köksarayda bir araya gələn Əminə Ərdoğan və Özbəkistan Prezidenti Mirziyoyevin həyat yoldaşı Ziroathon Mirziyoyeva Daşkənd İncəsənət qaleriyasını ziyarət edib. Özbəkistan milli geyimləri dəfiləsini izləyən Əminə Ərdoğan daha sonra Həzrəti İmam Küliyyəsi və Moy-i Mübarək mədrəsəsini gəzib.

Prezident Ərdoğan Özbəkistanda ayaqda alqışlanıb

Aysel Yaqubqızı / Metbuat.az