Bu mövsüm performansı ilə nəfəs kəsən misirli ulduz Məhəmməd Salahın fotosu Misir milli komandasına aid təyyarəyə vurulub.

Publika.az xəbər verir ki, Misir Futbol Federasiyası tərəfindən icazəsiz olaraq edilən bu jest millinin futbolçusunu əsəbiləşdirib.

Reklam haqları başqa bir şirkətə aid olduğu üçün Salah federasiyaya sərt reaksiya verib. Milyon dollarıq müqavilənin ləğv edilməsi təhlükəsi ilə qarşı-qarşıya qalan Salah tvitter hesabından açıqlama verib. “Bu edilən şey son dərəcə alçaq hərəkətdir. Belə bir mövzuda daha səviyyəli yanaşma olacağını düşünürdüm” -, Salah qeyd edib.

Qeyd edək ki, Salahın reklam haqqı “Vodafone” şirkətinə aiddir. Misir milli komandasının sponsoru isə “We” şirkətidir.

Yaşanan anlaşmazlıqla bağlı hüquqi çərçivədə prosesin başladılacağı bildirilib.

Salahdan ölkəsinin federasiyasına SƏRT REAKSİYA: "Bu, olduqca alçaldıcı hərəkətdir"

Zümrüd