İsrailin baş naziri Binyamin Netanyahunun İranla bağlı iddialarına Almaniyanın xarici işlər naziri Xayko Maas da münasibət bildirib.
Metbuat.az "İHA"ya istinadən xəbər verir ki, Almaniya höküməti İsrailin irəli sürdüyü iddiaların Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) tərəfindən araşdırılmasını istəyib.
İsrailin təhlükəsizliyinin Alman siyasətinin mərkəzində olduğunu bildirən Maas federal hökümətin bu səbəblə İsrailin əlindəki bütün məlumatları aydın şəkildə analiz etmək istədiyini söyləyib.
Xatırladaq ki, İsrail baş naziri Binyamin Netanyahu İranın nüvə silahı proqramı ilə əlaqədar 100 min sənədin nüsxələrini ələ keçirdiyini iddia etmişdi.
Aysel Yaqubqızı / Metbuat.az