Siyasi böhranın sarsıtdığı Ermənistanda aksiyalara bir gün ara verilməsinə baxmayaraq, banklardan birində silah səsləri eşidilib.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bankda açılan atəş nəticəsində bir polis yaralanıb.
Xatırladaq ki, müxalifət aksiyalarına davam edən Nikol Paşinyan öncəki gün parlamentdə keçirilən səsvermədə baş nazir seçilməmiş və tərəfdarlarından tətil etmələrini istəmişdi. Etirazçılar dünən yolları bağladı, metro stansiyalar işləmədi. Bir sözlə, ölkə iflic vəziyyətə düşdü.
Ölkədə qəbul edilən konstitusiya dəyişikliyinə görə, prezidentin səlahiyyətləri azaldılıb, baş nazirə isə üstün səlahiyyətlər verilib.
Aysel Yaqubqızı / Metbuat.az