Havay adalarının hakimiyyəti Kilauea vulkanı püskürdükdən sonra təxliyə elan edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hakimiyyətin qəbul etdiyi qərara görə, Leilani-Esteyts yaşayış sahələri dərhal təxliyə edilməlidir. Belə ki, lava artıq bu yaşayış sahələrinə çatıb.

Bildirilir ki, püskürmə son günlərdə regionda qeydə alınmış seysmik fəallıq fonunda baş verir.

Milli.Az