Azərbaycan klubundan daha bir supertransfer

Azərbaycan klubundan daha bir supertransfer
09:56 12 Yanvar 2015
176 İdman
Ölkə mətbuatı
A- A+

Hollandiyanın "Feyenoord" klubunun futbolçusu Ruben Sxaken karyerasını Azərbaycanda davam etdirəcək.

ANS PRESS-in məlumatına görə, futbolçu klubla müqaviləsini pozub. Ruben Sxaken mövsümün ilk yarısında cəmi yeddi oyunda meydana çıxıb ki, bu da onu qane etməyib. 32 yaşlı futbolçu Hollandiyanın "Herenveyn" və "Den Haaq" klublarından gələn təklifləri rədd edərək Bakının "İnter" klubuna keçməyə üstünlük verib. Futbolçu 2016-sı ilin yayınadək müqavilə bağlayıb.

Qeyd edək ki, Sxaken 2010-cu ilədək "Venlo" klubunda çıxış edib. Futbolçu "Feyenoord"un heyətində 136 oyunda meydana çıxaraq 18 qola imza atıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=319104

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR