Bakıda səkiyə çırpılan avtomobil aşıb, sürücü hadisə yerindən qaçıb

Bakıda səkiyə çırpılan avtomobil aşıb, sürücü hadisə yerindən qaçıb
10:09 12 Yanvar 2015
145 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gecə Bakıda sürət həddinin aşılması yol qəzasına səbəb olub. APA TV-nin məlumatına görə, Binəqədi rayonu ərazisində, Azadlıq prospekti ilə hərəkətdə olan "Nissan" markalı avtomobil sürücünün nəzarətindən çıxaraq, əvvəlcə səkilərə çırpılıb. Sürətin yüksək olması minik avtomobilinin daha sonra yamaca dırmaşmasına səbəb olub. Tarazlığı pozulan "Nissan" elə oradan yolun ortasına aşıb. Maşını çevrilmiş vəziyyətdə qoyan sürücü hadisə yerindən uzaqlaşıb.

 

Əraziyə cəlb olunan Yol Patrul Xidminin əməkdaşları maşına baxış keçiriblər. Məlum olub ki, avromobildə polis uniforması var. Amma maşını kimin idarə etdiyini dəqiqləşdirmək mümkün olmayıb. Qəzaya uğrayan avtomobil hadisə yerindən təxliyə edilib və cərimə meydançasına qoyulub.

 

Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsində faktla bağlı araşdırma aparılır. Hadisə yerindən uzaqlaşan sürücünün müəyyənləşdirilməsi üçün tədbirlər görülür.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR