“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, telekommunikasiya sahəsində süni intellekt həllərindən əsas istifadə ssenarisi şəbəkə infrastrukturu monitorinqi və onun işinin idarə olunması üçün alətlər olacaq. Mütəxəssislərin fikrincə, telekommunikasiya sahəsində süni intellekt texnologiyaları üzrə investisiyaların 60 faizindən çoxu məhz bu istiqamətə yönəldiləcək.
Süni intellektin tətbiqi üçün digər əsas variantlar arasında analitiklər tərəfindən müştəri xidmətləri və marketinq şöbələrində virtual köməkçilərin tətbiqi, sifarişçilərlə münasibətlərin idarə olunması üzrə intellektual sistemlərin (customer relationship management, CRM) yaradılması, kibertəhlükəsizliyin təmini, proqnostik texniki xidmət və fırıldaqçılıqla bağlı nəticələrin yüngülləşdirilməsi sadalanır.
“Tractica” şirkətinin analitiki Mark Bekkunun sözlərinə görə, telekommunikasiya sənayesi avtomatlaşdırma vasitəsilə xərcləri azaltmağa və effektivliyi artırmağa imkan verən süni intellekt həllərinin tətbiqi üçün hazırdır. “Əksər rabitə operatorları onları eksperimentdən keçirməyə başlayıb və süni intellekt elementlərini təşkilatlarda tətbiq edir”, - o qeyd edib.
Nizam Nuriyev