ABŞ İrana qarşı yeni sanksiya tətbiq edib.
Publika.az TASS-a istinadən xəbər verir ki, ABŞ-ın sanksiya tətbiq etdiyi fiziki və hüquqi şəxslər sıyahısında İran Mərkəzi Bankının sədri Vəliyullah Seyfin də adı var. O, İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) dəstək verdiyinə görə "qara siyahı"ya düşüb.
Bundan əlavə, siyahıda üç ölkə - İran, İraq və Livan vətəndaşlarının da adları var. Onlardan ikisi SEPAH-a, biri isə "Hizbullah" təşkilatına dəstək verdiyi üçün sanksiyaya məruz qalıb.