"Qarabağ"ın sabiq futbolçusu Samuel Armenteros ABŞ-ın "Portlend Timbers" klubunda gözəl qola imza atıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 28 yaşlı hücumçu "Los Anceles"lə matçın 81-ci dəqiqəsində vurduğu qolla komandasına qələbə qazandırıb.

İsveçli forvard topu meydanın özlərinə aid hissəsindən götürüb, rəqiblərini keçərək hücumu qolla tamamlayıb. Görüş "Portlend Timbers"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Armenteros "Qarabağ"da 2015-2016 mövsümündə çıxış edib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Sabiq “Qarabağ”lı əla qol vurub tribunaya qalxdı – VİDEOSabiq