Əfqanıstanın Qəndahar vilayətində terror aktı baş verib.

Metbuat.az "Miliyyet"ə istinadən xəbər verir ki, Qəndahar şəhərindəki məşhur bazarlardan birində bomba ilə dolu mikroavtobus partladılıb.

Hadisə nəticəsində 16 nəfər ölüb, 38 nəfər isə ağır yaralanıb.

Terror hücumuna görə məsuliyyəti heç kim hələ ki, öz üzərinə götürməyib.

Aysel Yaqubqızı / Metbuat.az