ABŞ-ın Havay ştatında fəaliyyətə keçən Kilauea yanardağı lava püskürtməyə davam edir.
Metbuat.az "Miliyyet"ə istinadən xəbər verir ki, Havayda keçdiyimiz həftələrdə fəaliyyətə keçən yanardağda püskürən lava, daş və zəhərli qaz səbəbi ilə 1700 nəfər təxliyə edilib.
Məsul şəxslər, Leilani Estates bölgəsində 26 evin dağıldığını açıqlayıb.
Dünyanın ən aktiv vulkanlarından biri olan Kilauea yanardağında 1983-cü ildən bəri partlayışlar baş verir.
Aysel Yaqubqızı / Metbuat.az