Türkiyə üçün istehsal olunan ilk "F-35 A" qırıcısı Lokhid Martin aerokosmik şirkətindən havalanıb.
Metbuat.az "A Haber"ə istinadən xəbər verir ki, Müdafiə Sənayesi Müstəşarlığı döyüş təyyarəsinin görüntülərini paylaşıb. "18-001" quyruq nömrəsinə sahib olan təyyarə arxasında Türk bayrağı daşıyır.
Qeyd edək ki, döyüş qırıcısı test mərhələsindən sonra iyunun 21-də Türkiyə Hərbi Hava Qüvvələrinə təhvil veriləcək.
Aysel Yaqubqızı / Metbuat.az