Hondurasın paytaxtı Tequsiqalpadakı Tonkontin Beynəlxalq aereportuna eniş edən təyyarə ikiyə ayrılıb.
Metbuat.az "A Haber"ə istinadən xəbər verir ki, qəza nəticəsində 9 nəfər yaralanıb.
Honduras prezidenti Xuan Orlando Ernandes "Twitter" hesabından yaralıların vəziyyətinin yaxşı olduğunu bildirib.
Aysel Yaqubqızı / Metbuat.az