"Eurovision" müsabiqəsi gələn il İsraildə keçirilməyə bilər

"Eurovision" müsabiqəsi gələn il İsraildə keçirilməyə bilər
10:18 24 May 2018
129 Şou
Ölkə mətbuatı
A- A+

"Eurovision" müsabiqəsi gələn il İsraildə keçirilməyə bilər.

Publika.az xəbər verir ki, bu barədə şounun rəsmi "Facebook" səhifəsində məlumat yayılıb:

"Siz artıq səbirsizliklə gələn ilki "Eurovision" müsabiqəsinin başlanmasını gözləyirsiniz? Biz də. Ancaq hələlik təyyarələrə bilet almayın. Müsabiqənin harada və nə vaxt keçiriləcəyini bilmək üçün rəsmi səhifəmizi izləyin".

Beynəlxalq dərəcəli mahnı müsabiqəsinin belə bəyanatla çıxış etməsinin səbəbi bu il birini yeri tutan İsrailin müsabiqəni Fələstin torpaqlarında, paytaxt elan etdiyi Qüdsdə keçirməyi planlaşdırması ilə izah edilir. Qaydalara əsasən, "Eurovision" qalib ölkələrin paytaxtında keçirilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/242014.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR