Suriya İnsan Haqları Monitorinq Mərkəzi ABŞ liderliyindəki koalisiya güclərinin hücumunda Əsədə bağlı ən az 12 döyüşçünün öldüyünü açıqlayıb.
Metbuat.az "Miliyyet"ə istinadən xəbər verir ki, ABŞ liderliyindəki İŞİD əleyhinə koalisiya Suriyanın şərqindəki Əbu Kamal yaxınlığındakı rejim güclərini hədəfə alıb.
Dövlət Televiziyası hücumu təsdiqləyib, ancaq sadəcə maddi ziyan barədə məlumat verilib. Ölü sayı haqqında açıqlama yoxdur.
Aysel Yaqubqızı / Metbuat.az