"Azərbaycan İnvestisiya Şirkəti" ASC ölkədə yeni investisiya fondlarının yaradılması üzrə təklifləri nəzərdən keçirir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu şirkətin icraçı direktoru Allahverdi Paşayev deyib.

O bildirib ki, Azərbaycanda investisiya fondlarının yaradılmasına həm xarici, həm də yerli şirkətlər maraq göstərir.

A.Paşayev əlavə edib ki, investisiya fondlarının yaradılması əsasən kənd təsərrüfatı sahəsinə və qeyri-neft sektoruna yönəldiləcək:

"Gələcəkdə onların istiqaməti "Azərbaycan İnvestisiya Şirkəti"nə daxil olan təkliflərdən asılı olacaq".

Milli.Az