Yapon balina ovçuları Antarktidada aralarında 122 hamilə balinanın olduğu 333 balina ovlayıb.
Metbuat.az xəbər verir ki, statistikanı Beynəlxalq Balinaçılıq Komissiyası yayıb.
Yaponiya bu ovçuluğu elmi araşdırmalar üçün etdiyini bildirib.
Birləşmiş Millətlər Təşkilatı (BMT) isə "ölümcül araşdırma"ya qarşı çıxıb, ovçuluq beynəlxalq təşkilat tərəfindən tənqid olunub. BMT-nin qərarının ardından yeni bir araşdırma planı yayımlayan Yaponiya balinaları Cənub Okeanının ekosistemini anlamaq üçün ovladığını qeyd edib.
Aysel Yaqubqızı / Metbuat.az