Rusiya Xarici İşlər naziri Sergey Lavrov Şimali Koreyaya rəsmi səfər edib.

Metbuat.az "A Haber.com.tr"ə istinadən məlumat verir ki, nazir səfər çərçivəsində Şimali Koreya lideri Kim Çen Inla görüşüb. İki lider görüş zamanı beynəlxalq və regional məsələləri müzakirə ediblər.

Kim Çen In ABŞ-ın hakimiyyətinə qarşı olan Rusiyanın hazırda apardığı siyasəti təqdir etdiyini bildirib. Lavrov Şimali koreya liderini Rusiyaya dəvət edib. Nazir həmçinin, Şimali koreyalı həmkarı Ri Yonq-ho ilə görüşüb.

Aysel Yaqubqızı / Metbuat.az