Yay aylarının gəlməsi ilə birlikdə isti havaların ən böyük problemi olan ağcaqanadlar da gün üzünə çıxmağa başlayıb.
Metbuat.az "Miliyyet.com.tr"yə istinadən xəbər verir ki, problemdən xilas olub yayı rahat başa vurmaq istəyirsinizsə, bu qarışıqdan hazırlayın.
Buz torbası
Süfrə duzu
Limon suyu
Su
Bir neçə ədəd qəpik pul
Sadaladığımız məhsulları torbanın içərisinə doldurun və qapınızın önündən asın. Təsirli olması üçün günəş dəyən yerdə olmalıdır. Bu üsulla ağcaqanadları evinizdən uzaqlaşdıra bilərsiniz.
Günəş şüalarının qəpik pullara dəyməsi ilə birlikdə ortaya çıxan işıq ağcaqanadların həssas gözlərinə narahatlıq verir. Bu da onları evlərdən uzaqlaşdırır.
Aysel Yaqubqızı / Metbuat.az