Cənubi Koreyada ağlasığmaz hadisə baş verib.

Metbuat.az "Miliyyet.com"a istinadən xəbər verir ki, çiy dəniz məhsulları yeyən 63 yaşlı Cənubi Koreyalı qadın kalmar balığından hamilə qalıb.

Dilində dəhşətli ağrı hiss edən qadın dərhal həkimə müraciət edib. Mütəxəssislər onun ağzında kalmara aid canlı spermataforlar tapıb. Onlar qadının ağzına yerləşmək üçün yumşaq yer axtarıb və bu səbəblə dil-diş ətinə ağrı verib.

Qeyri-adi hadisə "Journal of Parasitology" jurnalında dərc olunub.