Əfqanıstanda Taliban ilə hökumət arasında atəşkəs elan edilib.

Metbuat.az "Miliyyet.com.tr"yə istinadən xəbər verir ki, Əfqanıstan prezidenti Əşrəf Qani bu barədə "Tweeter" hesabında açıqlama verib. O, atəşkəs rejiminin Ramazan ayının sonunadək davam edəcəyi və İŞİD-ə aid olmadığını da vurğulayıb.

Qani "Bu atəşkəs Taliban üçün bir şansdır. Beləcə, şiddətin ürəkləri və ağılları qazanmağa yaramadığını görə bilərlər" - deyib.

Aysel Yaqubqızı / Metbuat.az