ABŞ-ın Havay ştatında 5.4 bal gücündə zəlzələ baş verib.

Metbuat.az "Miliyyet.com"a istinadən xəbər verir ki, ABŞ Geoloji Araşdırmalar Mərkəzi Kilauea vulkanında meydana gələn sarsıntının yerin 600 metr dərinliyində qeydə alındığını bildirib.

Zəlzələnin ardından sunami xəbərdarlığı edilməyib.

Aysel Yaqubqızı / Metbuat.az