İraq Hava Qüvvələrinə aid döyüş təyyarələri Deyrəzor şəhərindəki İŞİD mövqelərini bombalayıb.
Metbuat.az "Miliyyet.com.tr"yə istinadən xəbər verir ki, bu barədə İraq Müdafiə Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, döyüş təyyarələri daha öncə bir neçə dəfə İŞİD möqelərini hədəfə almışdı.
İraqın baş naziri Heydər İbadi aprel ayında verdiyi açıqlamada ölkəsinin İŞİD hücumunu dəf etmək üçün hər cür vacib tədbiri alacağını elan etmişdi.
Aysel Yaqubqızı / Metbuat.az