ABŞ xarici işlər naziri Mayk Pompeo Tramp və Kim Çen In arasında baş tutacaq Sinqapur zirvə görüşü ilə əlaqədar Ağ Evdə mətbuat konfransı təşkil edib.

Metbuat.az "A Haber.com.tr"yə istinadən xəbər verir ki, Pompeo Kimin Koreyanın nüvə silahlardan təmizlənməsi məsələsində istəkli olduğunu vurğulayıb.

Trampın Sinqapura "ümidli" şəkildə getdiyini bildirən baş nazir, "Buna baxmayaraq, diqqətli olacaq. Daha öncə nə qədər uğursuz razılaşmalar edildiyini gördük. Tramp uğursuz heç bir əməkdaşlığa razılıq verməz" - deyə bildirib.

Xatırladaq ki, Donald Trump Yaponiya baş naziri Şinzo Abe ilə Ağ Evdəki görüşünün ardından verdiyi açıqlamada, Şimali Koreya lideri ilə Sinqapurda keçirəcəyi sammitin gözlədiyi kimi keçəcəyi təqdirdə Kim Çen Inı Ağ Evə dəvət edəcəyini bildirmişdi.

Ağ Ev Trampla Kim Çen In arasında baş tutacaq zirvə görüşünün iyunun 12-də Sinqapurun Sentosa adasındakı Kapella oteldə yerli saatla 09:00-da başlayacağını açıqlayıb.

Aysel Yaqubqızı / Metbuat.az