Marketlərdə satılan sərinləşdirici içkilərlə bağlı

Marketlərdə satılan sərinləşdirici içkilər Günəş altında saxlanılır və sonradan zərərli məhsula çevrilir.

Metbuat.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Adil Zeynalov deyib.

O qeyd edib ki, qabdakı məhsullar kimyəvi maddəni tərkibinə çəkir: “Biz özümüz bilərəkdən qablardan dəfələrlə istifadə edirik. Polietilen qablaşdırma materialları qlobal problemdir. Azərbaycan da bu qlobal problemdən yan keçə bilmir".

A.Zeynalov əlavə edib ki, bu qablardan istifadənin azaldılması istiqamətində təşəbbüslər və təkliflər var: "Polietilenin çürüyərək yox olması üçün torpaqda 800 il, dənizdə isə 400 il vaxt lazım gəlir".

Sektor müdiri bildirib ki, Azərbaycanda plastik qablardan istifadə artıb:

"Plastik qabların geri alınması təcrübəsinin olmaması ciddi problemlər yaradır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bununla bağlı iş aparacaq. Bu gün plastik qablardan istifadə 10-12 faizdir. 60-cı illərdə isə bu rəqəm 1 faiz olub".

Təcili yardım işçiləri vəhşicəsinə döyüldü - Tovuzda - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR