"Kanadanın Avropa, Yaponiya və Meksika tərəfdaşları ilə ABŞ-ın alüminium, polad rüsumlarını artırması məsələsinə vahid mövqeyi mövcuddur. Birlikdə cavab tədbirlərin görülməsi üçün hazırlıqlar aparılır. Biz Dünya Ticarət Təşkilatına şikayət məktubu göndərməyə hazılaşırıq".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Kanada Xarici işlər naziri Xrista Friland jurnalistlərə bildirib.

Xatırladak ki, G7 sammiti Kanadanın Kvebek əyalətində 8-9 iyun tarixlərində keçirilmişdir. G7 sammitindən bir neçə gün əvvəl, Tramp, Avropadan və Kanadadan idxal olunan polad və alüminiumun rüsumlarını artırıb və buna görə tənqidə məruz qalıb.

Milli.Az