ABŞ-ın Havay ştatında 5,3 bal gücündə zəlzələ baş verib.
Metbuat.az "Miliyyet.com.tr"yə istinadən xəbər verir ki, ABŞ Geoloji Araşdırmalar Mərkəzi Kilauea vulkanının 5 kilometr cənub-qərbində meydana gələn zəlzələnin yerin 500 metr altında baş verdiyini qeyd edib.
Açıqlamada zəlzələnin yerli saatla 04:43-də meydana gəldiyi yer alıb.
Zəlzələ nəticəsində tələfat qeydə alınmayıb.
Aysel Yaqubqızı / Metbuat.az