Azərbaycanda tütündən hazırlanan siqaretlərə tətbiq edilən vergi artırılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında müzakirə edilən Vergi Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Məcəllənin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən dəyişikliyə əsasən, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə 12 manat vergi tutulacaq.

Hazırda isə bu məbləğ 4 manat təşkil edir.

Dəyişiklik deputatlar tərəfindən təsdiq edilib.

Milli.Az