Dağıstanın Qarabudaqkənd rayonunda ağır yol qəzası baş verib.

Publika.az xəbər verir ki, mikroavtobus və yük maşınının toqquşması nəticəsində 2 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

Xəsarət alanlardan 3-ü uşaqdır. Onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir.

Hadisənin təfərrüatları barədə hələ ki, məlumat verilmir.