Pambıq sahəsində zəhərləndiyi deyilən 14 nəfərin hamısı evə buraxılıb

Tərtər rayonunda pambıq sahələrindən birində zəhərləndiyi deyilən 14 nəfərin vəziyyəti yaxşıdır, onların hamısı evə buraxılıb.

Metbuat.az trend.az-a istinadən xəbər verir ki, bu barədə rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib.

M.Məmmədov bildirib ki, zəhərlənən şəxslərdən müəyyən analizlər götürülüb: "Analizlərin nəticələri onların qanlarında hər hansı zəhərli maddənin aşkar olmadığını göstərib".

İcra Hakimiyətinin başçısı həmçinin qeyd edib ki, hadisəyə səbəb sahədə istifadə olunan dərman vasitələri olmayıb:

"Dərmanın təsiri 2 gün müddətində olur, üzərində bu barədə yazılıb. Dərman vurulandan sonra yağış yağıb. Dərman ayın 11-də vurulub, sahəyə isə onlar ayın 16-da çıxıblar. Çox guman ki, onların vəziyyəti günvurma ilə əlaqədar pisləşib".

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR