FHN problemlə üzləşmiş artıq çəkili şəxsə yardım edib. Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhər sakini 1952-ci il təvəllüdlü Morokova Svetlana İvanovna artıq çəkili olduğu üçün 2-ci mərtəbədəki mənzilinə qalxa bilməyib.

Vətəndaşa kömək məqsədi ilə Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub. Xilasedicilər S.Morokovanı xərəyə qoyaraq mənzilinə qaldırıblar.

Əməliyyat başa çatıb.

Milli.Az