Neftçalada beton parçası 7 yaşlı uşağın üstünə düşdü

Neftçalada beton parçası 7 yaşlı uşağın üstünə düşdü
08:48 19 İyun 2018
112 Ölkə
Ölkə mətbuatı
A- A+

Neftçalada azyaşlının xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

Publika.az xəbər verir ki, hadisə dünən axşam saatlarında rayonun Xolqarabucaq kəndində qeydə alınıb.

Belə ki, evin divarından qopan beton daş parçası 2011-ci il təvəllüdlü Xankişizadə Məhəmməd Ceyhun oğlunun üstünə düşüb. Ağır xəsarət alan azyaşlı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğundan M. Xankişizadə cərrahiyyə şöbəsinə qaldırılaraq əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır. (report)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/244744.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR