“Qarabağ” klubu ilə “Olimpiya” arasında keçiriləcək oyunların

Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində “Qarabağ”la “Olimpiya” arasında keçiriləcək hər iki oyunun tarixi müəyyənləşib.

Metbuat.az-ın məlumatına görə, ilk qarşılaşma iyulun 11-də baş tutacaq.

Həmin gün “Qarabağ” Lyublyanada Sloveniya çempionunun qonağı olacaq. Görüş yerli vaxtla 20:00-da (Bakı vaxtı ilə 22:00) start götürəcək.

Komandalar arasında cavab görüşü isə iyulun 18-də Bakıda oynanılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR