Qarda sürüşməmək üçün nə etməli? - VİDEO

Qarda sürüşməmək üçün nə etməli? - VİDEO
14:17 12 Yanvar 2015
180 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az Kanal S-ə istinadən bildirir ki, adətən qarlı, buzlu yollarda qəzaların sayı artır. Elə piyadaların da belə havada sürüşüb yıxıldıqlarını, zədə aldıqlarını çox görmüşük. Söz yox ki, hər birimiz heç olmasa ömrümüzdə bir dəfə buzda sürüşüb yıxılmışıq. Zədə almaq bir yana, ətrafdakıların gülüş obyektinə çevrilməyimiz bizim üçün xoşagələnməyən xatirəyə çevrilib.

Yıxılmamaq üçün isə bəzi nüanslara diqqət yetirməliyk. Qarlı, şaxtalı və buzlu yollarda yerimək çətinləşir. Azacıq ehtiyatsızlıq bizim yıxılmağımıza və zədə almağımıza səbəb ola bilər. Pilləkənlərdə və yerdə əriyib qalan qar buza çevrilib. Bu isə bir çox insanların yıxılmasına gətirib çıxarır. Belə qarlı və buzlu yollarda yıxılmamaq üçün bəzi şərtlər var. Bunlardan birincisi əllərin cibdə olmamasıdır. Çünki əllər sərbəst olduqda tarazlığı daha rahat qorumaq olur. Əlin cibdə və ya dolu olması tarazlığın qorunmasını çətinləşdirir. Yoxuş, eniş və ya pilləkənlərdə addımlamaq hünər tələb edir. Ən sərt yıxılmalar pilləkənlərdən düşərkən baş verir. Yıxılmamaq üçün isə addımlarımızı asta-asta və kiçik atmalıyıq. Ən əsası isə ayaqlarımızı yan-yana basmalıyıq. Rahat yeriməyin əsas şərtlərindən biri isə düzgün ayaqqabı seçimidir. Belə havada altı düz və sürüşməyən ayaqqabılar seçməliyik. Yəqin ki, bu süjetə baxdıqdan sonra ehtiyatsızlığın hansı nəticələrə səbəb ola biləcəyini görəcək və düzgün nəticə çıxaracaqsınız. Təhlükədən uzaq olmaq, yıxılıb zədələnməmək diləyilə...


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/318598.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR