Misir Futbol Federasiyasının prezidenti Hani Abu-Rida bildirib ki, rəhbərlik etdiyi qurum ölkə komandasının DÇ-2018-də Rusiya milli yığması ilə keçirdiyi görüşün (1:3) hakimi Enrike Kaseresdən şikayət edəcək.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, şikayətin səbəbi afrikalıların qrup mərhələsində ikinci məğlubiyyətdən sonra pley-off mərhələsinə çıxmaq şansını itirməsi ilə bağlıdır.
"Arbitr bir sıra ədalətsiz qərarlar qəbul edib. Məsələn, o, Mərvan Mohsen cərimə meydançasında yıxılanda VAR sistemindən istifadə etməyib. Halbuki həmin halda cərimə zərbəsi təyin edilməli idi. Bundan başqa, Əhməd Fəthinin avtoqolu zamanı ona qarşı kobudluq edilib. Biz hüququmuzdan istifadə edirik və müvafiq araşdırma aparılmasını tələb edirik", - deyə Abu-Rida bildirib.
Milli.Az