Sakit okeanda Vanuatu sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.
Milli.Az Trend-ə istinadən bildirir ki, Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin verdiyi məlumata görə, yeraltı təkanların episentri Luqanvil şəhərindən 62 kilometr şimal-şərqdə, ocağı isə 122 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
Milli.Az