Azərbaycan ilə Mərakeş arasında vergidən yayınmanın qarşısının alınması haqqında

Prezident İlham Əliyev Azərbaycan Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə qanun imzalayıb.

Qanuna görə, Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında 2018-ci il martın 5-də Bakı şəhərində imzalanmış Konvensiya təsdiq edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR