“Müstəqillik illərində bir neçə belə cinayət törədilib,
onlar niyyətlərinə çatmayıb. Çünki Azərbaycanda xalq-iqtidar
birliyi var. Xalq-iqtidar birliyi Azərbaycandakı sabitliyinn əsas
şərtidir”.
Bunu prezident İlham Əliyevhüquq-mühafizə orqanları rəhbərlərinin
iştirakı ilə keçirilən iclasda bildirib.
Dövlət başçısı deyib ki, xalq-iqtidar birliyinə nə xarici, nə də
hər hansı daxili qüvvə təsir edə bilər: “Azərbaycanın müasir tarixi
bunu sübut edir. Kim bizə qarşı çirkin niyyətlərlə hərəkət edirsə,
bu niyyətlərinin qurbanı olur. Azərbaycanda təhlükəsizlik ən yüksək
səviyyədə təmin edilib. Azərbaycan xalqı sülh, əmin-amanlıq
şəraitində yaşayır, qurur. Bu gün Azərbaycan sürətlə inkişaf edən
müasir dövlətdir. İqtisadi, hərbi quruculuq, idman, sosial və digər
sahələrdə Azərbaycan sürətlə inkişaf edir. Son 15 ildə Azərbaycan
qədər sürətlə inkişaf edən ölkə olmayıb. Əlbəttə, uğurlarımıza
kölgə salmaq, bizə təsir etmək istəyən qüvvələr müxtəlif üsullardan
istifadə edirlər. Bizə qarşı yalan, iftira üzərində qurulmuş
kampaniyalar aparırlar. Azərbaycan xalqı bu yalanlara, böhtanlara
inanmır, öz rəhbərliyinə inanır. Bu il keçirilən prezident
seçkiləri bunu əyani surətdə sübut etdi”.