İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt dünya çempionatı 2018-lə bağlı fikirlərini bölüşüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Sautqeyt deyib: "Rusiyada hər şey yüksək səviyyədə təşkil olunub. Bizlər üçün bütün şərait təşkil edilib. Könüllülər və azarkeşlər də bizi isti qarşıladı. Ölkələr arasında münasibətlər barədə danışıldı.

İngilis azarkeşlər də Rusiya ilə bağlı yüksək fikirdədirlər. Bütün bunlara görə, minnətdarlıq bildirmək istərdik".

Milli.Az