Gədəbəydəki qətllə bağlı bəzi məqamlar üzə çıxdı

Gədəbəydə 20 yaşlı qızın özündən 3 yaş kiçik qardaşını qətlə yetirməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Metbuat.az lent.az-a istinadən xəbər verir ki, Slavyanka kəndində ehtiyatsızlıqdan 2001-ci il təvəllüdlü qardaşı Samir Alıyevi boğaz nahiyəsindən bıçaqlayaraq öldürən Sevinc Alıyevanın nişanlı olduğu və ailənin toya hazırlaşdığı məlum olub.

Bildirilir ki, ailə başçısı Sübhan Alıyev vaxtaşırı olaraq işləmək üçün Rusiya Federasiyasına gedir və hazırda qonşu ölkədədir. Hadisədən sonra ona məlumat verilib və uşaqların atası ölkəyə qayıdır. Vəfat edən 17 yaşlı Samir Alıyev məktəbi bu il bitiribmiş.

Hadisə ilə bağlı daha konkret məlumatlar prokurorluqda aparılan araşdırmadan sonra üzə çıxacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR