Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Famil Abduləzimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə F.Abduləzimov 13 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, Sumqayıt şəhəri, Tağıyev qəsəbəsi, Dəmiryol yaşayış massivində yaşayan 30 yaşlı F.Abduləzimov həyat yoldaşı Xalidə Günəşovanı baltalayaraq qətlə yetirib.

F.Abduləzimov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Milli.Az