Elçin Əlibəyli

Köşə yazarı

13:30 16 Dekabr 2018 4332
A- A+

Mübariz İbrahimov niyə qəhrəmandır?

Əslində kim linç olunmalıdır?

Faktiki olaraq torpaqların işğal altında olması, minlərlə şəhid, girov amili istənilən insanın içində qəzəb və intiqam almaq hissini oyadır. Hər kəs bu qisası almaq istəyir, əlbəttə azərbaycanlıdırsa. Şəhidimiz Mübariz bütün bunlarını içində saxlaya bilməyib, təkbaşına öz qisas payını almaq üçün ölümə atılan qəhrəmanımızdır. O, haylar kimi dinc sakinləri, Zəhra yaşda olanları yox, səngərdə durub, hər gün bizim tərəfə atəş açan əsgərlərimizi, sadə insanları öldürən düşmən əsgərlərini qətlə yetirib. Əlində silah silahlılar üstünə gedib. Gecə və ya gündüz getməsi burda rol oynamır, bu artıq taktikadır. Neçə ki, düşmən oyuncağın içinə belə bomba qoymaqdan çəkinmir. Bizim Mübarizlə bağlı təbliğatımız və tədrisimiz əvvəldən yanlış oldu. Biz yuxarıda olan gerçəyi deməliydik, onun qəhrəmanlığı neçə nəfəri öldürməsində deyil, məğlub və başıaşağı əsgər kimi yaşamaq istəməməsi, öz payına düşən qisası almasındadır.

Psixoloq xanıma düzgün tədris verilsəydi və o fakültədə psixoloqlardan başqa hamı dərs deməsəydi, yəqin fərdin niyə bu addımı atmağını daha düzgün izah edə bilərdi. Lokal müharibələrin dünya savaşları ilə fərqini anlasaydı bu məsələdə kosmopolit yanaşmanın diletantlıq olduğunu dərk edərdi. Dünya və ya iki ölkə arasında aparılan müharibələrdə hədəf sərhədləri genişləndirməkdirsə, lokal müharibədə bu məqsədə gedən yol etnik təmizləmə, soyqırımla keçir. Serbiya, Ermənistan, Osetiya, Abxaziya, indi də Ukrayna separatçıları bu üsulla müharibə edirlər. Lokal müharibələr bu mənada daha eybəcər və qeyri insanidir. Azərbaycanlı almanla indi dostluq edə bilər, çünki alman SSRİ-yə daxil olanda heç bir etnik təmizləmə aparmamışdı, Xatın isə SSRİ-nin özü tərəfindən almanlar haqqında vəhşi imici yaratmaq üçün törədilmiş təbliğat qətliyamı idi. Hitlerin cinayəti yəhudi soyqırımındadır. Lokal müharibəyə kosmopolit yanaşmanı yalnız, bunun fərqində olmayan üçüncü millətin nümayəndəsi ifadə edə bilər.

Bu gün bu tip yalançı kosmopolitlər və asilərin daha çox olması bizim tədrisdə və təbliğatda buraxdığımız səhvlərdir. Şablon ifadələr, əzbərçilik, söz yığını olan şeirlər, ət tökən orta məktəb tədbirləri, tv-lərdə təkrar eyni materialların verilməsi, bu mövzuda düzgün bədii ədəbiyyatın, audiovizual sənət nümunələrinin yaradılmaması gəncləri fərqli düşünmək məcburiyyəti qarşısında qoyur, bu da çox vaxt sistemsiz, ziyanlı təbliğatın təsirinə düşməsinə səbəb olur. Hələ kosmopolitlər şükürlüdür, dini fanatizmə yuvarlananlar artıq düşmən kimi ermənini yox, özü kimi düşünməyən soydaşını görür. Bu gün küçələrdə "Hər yer Xocalı" yazılmırsa, qara bayraqlar Qarabağda olan soyqırımlar üçün ucalmırsa, qisası millətinə əl qaldıran ermənidən almaq əvəzinə öz polis zabitindən alırsa deməli biz Qarabağ təbliğatını heç aparmırıq, nə məktəbdə, nə "Azərbaycanfilm" istehsalı olan filmlərdə nə TV-də, nə KİV-də. Şablonlarla yaxamızı qırağa çəkirik. Deyəsən bu təbliğat Prezidentdən, Birinci Vitse-Prezidentdən və bu mövzuda fundamental yazılar meydana qoyan akademik Ramiz Mehdiyevdən başqa heç kimə lazım deyil. Əks halda orta məktəbdən başlamış, televiziyalara qədər təbliğata məsul şəxslərdən bütün bunlar soruşulardı.

Ömər Faiq Nemanzadə 1906-cı ildə "Nə etməliyik" məqaləsində "Qəlbi zəiflik, yalançı insanlıq, bixəbəranə sosial-demokratlıq vaxtı deyil. Ən əvvəl bu gün odlar içində yanan, zərurətlə can verən yaxın qardaşlarımızın ah və fəryadlarına çatmalıyıq. Bu gün insanlıq və sosializmin əmr etdiyi vəzifə budur. Yoxsa yumşaq kürsülərin üstündə oturub, insanlıqdan dəm vurmaq, yalnız iki şahı mənfəətdən ötrü ittihad edib sosial-demokrat olmaq, mənfəətpərəstlikdən özgə heç bir zad deyil" yazaraq ermənilərin İrəvan, Naxçıvan və Qarabağda törədilənlərə biganə münasibətimizi tənqid edirdi. "Bu inanmaqlığımız, bu sadədilliyimiız səbəbi ilə idi ki, böyüyümüz, kiçiyimiz, yazıçımız, müxbirimiz... bir sözlə cümləmiz qonşu ermənilərlə yenə qədimsayaq üzrə, sülhanə rəftar edib rahat və arxayın" olmağı vəz və bəyan ediyorduq. Və bu surətlə millətimizin gözünü qafilanə bağlayıb böyük bir təhlükə və uçuruma sarı hazırlayırıq ki, o təhlükənin əvvəlinci zərbəsini Qarabağ vüquatı çox açıq meydana çıxartdı. İndi lazımdır ki, bunlardan ibrət alıb gələcəkdə aldanmamağa çalışaq. İndi lazımdır ki, ermənilərin niyyət və tədbirlərini kəmal ilə bilib, ona görə özümüzü mühafizə eləyək" çağırışından113 il keçib və biz 113 dəfə bundan nəticə çıxarmayıb hələ də ermənin niyyətini anlamayıb, ona fərqli yanaşırıq. Unutmayaq ki, kilsə ermənini doğulandan bizə düşmən, qanımızı tökməyə qadir cəllad kimi böyüdür. Bunu kim bilməsə də mən çox yaxşı bilirəm.

Heç nə yox, Ömər Faiq Nemanzadənin bax bu məqaləsini yaddaşlarımıza həkk etsəydik, heç olmasa son 30 il ərzində, bu gün ölkənin təhsilli gənci onun üçün canından şəhid Mübarizin qədrini bilərdi! Ona görə o xanımı yox, bu təbliğatı qura bilməyənlərin linç olunması lazımdır. 300-dən çox komediya filmini, yüzlərlə faydasız verilişlərə sponsorluq edən milli burjuaziya bu təbliğat üçün çəkiləcək filmə bircə qara qəpiyindən belə keçməz. Siyahını çox, özü də lap çox uzada bilərəm, QHT-lərdən tutmuş KİV-lərə qədər o qədər faydasız əməllər var ki, bunu sadalamaqla nəticə əldə olunmaz. Psixoloq Nərmin bu təbliğatsızlığın nəticəsidir, səbəbi linç etmək lazımdır. O da ki, bizlik deyil, nəyi qoyub palanı vurmaq adətimizdir.
Elçin Əlibəyli

RƏYLƏR

YAZARIN DİGƏR YAZILARI

DİGƏR KÖŞƏ YAZILARI